RU

Banqladeşdə Nipah virusundan ilk ölüm hadisəsi qeydə alındı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Banqladeşdə Nipah virusundan ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəlik 40-50 yaşlarında qadının həyatına son qoyub.

Oxu.Az-ın "The Independent" qəzetinə istinadən verdiyi xəbərə görə, xəstə yanvar ayında qızdırma, şiddətli başağrısı, dezorientasiya və qıcolma simptomları ilə xəstəxanaya yerləşdirilib.

Müalicəyə baxmayaraq, onun vəziyyəti sürətlə pisləşib və bir həftə sonra vəfat edib. Nümunələrdə Nipah virusu yalnız ölümündən bir gün sonra aşkar edilib.

Qadın səyahət etməsə də, yoluxmuş yarasaların ifrazatı ilə çirklənmiş çiy xurma şirəsi içib. Qadınla təmasda olmuş 35 nəfərin hamısı tibbi müşahidə altındadır, indiyə qədər onların "Nipah" testi mənfi çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
oxu.az

1Источники