RU

Hindistanda üçmərtəbəli bina çökdü

Hindistanın Racastan ştatının cənub-şərqində yerləşən Kota şəhərində restoranın yerləşdiyi binanın uçması nəticəsində 20 nəfər dağıntılar altında qalıb

Publika.az xəbər verir ki, bu barədə "The India Today" qəzeti məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, fövqəladə hallar xidməti artıq səkkiz nəfəri xilas edib. Toplaşan kütlənin xilasetmə əməliyyatına mane olmaması üçün üçmərtəbəli binanın ətrafındakı ərazi polis tərəfindən mühasirəyə alınıb. Əməliyyat zamanı xüsusi xidmət əməkdaşları ağır texnikadan istifadə etsələr də, dağıntılar altındakı insanlara xəsarət yetirməmək üçün ehtiyat tədbirləri görülür. Məqalədə qeyd olunur ki, xəsarət alanlar arasında tələbələr də ola bilər.

"The Economic Times"ın məlumatına görə, artıq 10 nəfər xilas edilib. Hadisənin yaxınlıqdakı köhnə binanın sökülməsi nəticəsində baş verdiyi ehtimal olunur. Belə ki, söküntü işləri restoranın yerləşdiyi binanın bünövrəsində problemlərə yol aça bilər.

Избранный
46
publika.az

1Источники