RU

Qaz sızması partlayışa səbəb oldu: Cavabdeh şəxs məsuliyyətdən azad edildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba rayonunda yaşayış evində baş verən partlayışla bağlı "Azəriqaz" əməkdaşına qarşı cinayət işi açılıb.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

İttiham aktında bildirilir ki, "Azəriqaz"ın Quba xidmət sahəsinin qəza-dispetçer xidmətinin rəisi vəzifəsində çalışan 60 yaşlı Qəzənfər Kərimli (ad və soyad şərtidir) vəzifə borcunu lazımi qaydada yerinə yetirməyib. Belə ki, o, Alekseyevka kəndində bir yaşayış evindən 3.3 metr aralıdan keçən qaz kəmərinin üzərindəki dəliklərin vaxtında təmir olunmasını təmin etməyib.

Qaz kəmərindəki həmin dəliklərdən sızan qaz yaxınlıqdakı evin zirzəmisindən yaşayış sahəsinə dolub. Qazın hava ilə qarışması nəticəsində partlayış təhlükəsi yaranıb. Ev sahibi qapını açaraq işığı yandıran zaman güclü partlayış baş verib. Hadisə nəticəsində ev sahibinin həyat yoldaşı yanıq xəsarətləri alıb, mənzildə isə ciddi dağıntılar qeydə alınıb. Ümumilikdə ev sakinlərinə təxminən 33 min manat maddi ziyan dəyib.

Faktla bağlı Qəzənfər Kərimli saxlanılıb və barəsində cinayət işi başlanıb.

Məhkəmə iclasında o, törətdiyi əməldən peşman olduğunu, vurulmuş ziyanın ödənildiyini bildirərək barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.

Quba Rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Q.Kərimli cinayət məsuliyyətindən azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
oxu.az

1Источники