RU

Hindistanda üçmərtəbəli bina uçdu: 20 nəfər dağıntılar altında qaldı

BAKI, 8 fevral. TELEQRAF

Hindistanın şimalındakı Racastan ştatının Kota şəhərində üçmərtəbəli binanın uçması nəticəsində təxminən 20 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat yayıb.

Bildirilir ki, binada restoranlar fəaliyyət göstərib və obyekt şəhərin ən gur yerlərindən birində yerləşdiyi üçün çökmə anında içəridə çox sayda insan olub.

Hadisədən dərhal sonra polis qüvvələri və təcili tibbi yardım briqadaları əraziyə cəlb olunub, xilasetmə işlərinin maneəsiz aparılması üçün ərazi mühasirəyə alınıb. Səkkiz nəfər xilas edilib, onlardan iki nəfərin vəziyyəti ağırdır.

Избранный
36
teleqraf.com

1Источники