RU

Ərəbləri 2,4 milyard dollar ziyana saldı - Ronaldo

Səudiyyə Ərəbistanının futbol liqası “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun davam edən boykotu səbəbindən ciddi maliyyə itkiləri ilə üz-üzə qalıb.

Sportinfo.az “Speedline”-a istinadən xəbər verir ki, bu vəziyyət səbəbindən “Fox Sports” (dünyada məşhur idman yayımı və media şəbəkələrinin ümumi adı) Səudiyyə Ərəbistanı liqası ilə əməkdaşlığı dayandırıb.

Ümumi maliyyə zərəri 2,4 milyard dollar təşkil edir.

Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

41 yaşlı futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib.

Onun boykotu liqaya ciddi təsir göstərərək həm klub, həm də liqa səviyyəsində böyük maliyyə zərərinə səbəb olub.

Избранный
42
sportinfo.az

1Источники