Hindistanda Surackənd yarmarkasında attraksionun uçması 1 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnib.Bu barədə xarici KİV xəbər verir.
Faciə axşam saat 6 radələrində baş verib.
26 nəfəri daşıyan yelləncəyin bir ucu öz oxu ətrafında fırlandıqdan sonra qəfildən boşalıb və yerə dəyib.
Məlumata görə, ölən şəxs xəsarət alanları xilas etməyə çalışan polis olub.