RU

Ağ paltarları illərdir səhv yuyuruq Maşından qar kimi çıxmasının sirri bu imiş

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağ paltarlar adətən problemsiz sayılır. Amma elə ən tez solan, ən tez bozaran da məhz onlardır. Yeni alınan ağ köynəklər, köynəklər, yataq dəstləri bir müddət sonra saralmağa başlayır, parlaqlığını itirir. Çoxları günahı ya yuyucu vasitədə, ya da suyun keyfiyyətində axtarır. Məlum olur ki, əsas səbəb illərdir dəyişməyən yanlış yuma vərdişləridir.Demokrat.az xəbər verir ki, xüsusilə Rusiya və Şimali Avropa ölkələrində formalaşan yuma mədəniyyəti ağ paltarların uzun müddət qar kimi qalmasına imkan verir. Burada əsas yanaşma yüksək temperaturdan uzaq durmaqdır. Çoxlarının düşündüyünün əksinə, ağ paltar mütləq qaynar suda yuyulmalı deyil. Əksinə, isti su parçanı tez köhnəldir, lifləri zəiflədir.Rus qadınlarının gündəlik təcrübəsində aşağı və orta temperatur üstünlük təşkil edir. Soyuq suda və ya 30 dərəcə ətrafında yuyulan ağ paltarlar, uyğun yuyucu vasitə ilə birləşəndə həm təmiz olur, həm də parça zədələnmir. Xüsusilə pambıq məmulatlar üçün bu üsul daha davamlı nəticə verir.Digər geniş yayılmış səhv çox yuyucu toz istifadə etməkdir. Çirk daha tez çıxacaq düşüncəsi ilə əlavə edilən yuyucu vasitə əslində parçanın içində qalır. Yaxşı durulanmayan bu qalıqlar zamanla sarımtıl çalar yaradır. Rusiyada isə ölçü məsələsinə ciddi yanaşılır. Paltarın miqdarı və çirklilik səviyyəsi nəzərə alınır, minimum deterjan kifayət edir. Bu da həm paltarın nəfəs almasına, həm də dəridə həssaslıq yaşamamağa kömək edir.Ağlar saraldıqda bir çox evdə ilk seçim güclü ağardıcılar olur. Qısa müddətdə effekt versə də, bu vasitələr parçanın ömrünü azaldır. Alternativ olaraq illərdir karbonat və sirkədən istifadə edilir. Karbonat deterjanla birlikdə yuyulduqda ağların parlaqlığını artırır, pis qoxuları aradan qaldırır. Sirke isə yumşaldıcı əvəzi kimi seçilir, parçanı sərtləşdirmədən yumşaldır, deterjan qalıqlarını tam təmizləyir. Düzgün miqdarda istifadə edildikdə paltarda qoxu saxlamır.Daha bir diqqətçəkən məqam var. Ağ paltarların tez-tez yuyulması gigiyenik görünsə də, əslində bu, parçanı daha tez köhnəldir. Rus qadınlarının yanaşmasında tez-tez yuma həm ağlığı, həm də parça keyfiyyətini itirir. Elə buna görə də illərdir etdiyimiz səhv kiçik görünür, nəticəsi isə böyük olur.Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
demokrat.az

1Источники