RU

Cənubi Koreya müştərilərə səhvən 44 milyard dollarlıq "Bitcoin" köçürüldü

Cənubi Koreyanın kriptovalyuta birjası "Bithumb" səhvən müştəri hesablarına təxminən 44 milyard dollarlıq "Bitcoin" köçürüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Qeyd edilib ki, hadisə reklam kampaniyası zamanı baş verib və haker hücumu və ya təhlükəsizlik problemləri ilə əlaqəli olmayıb.

Birjanın məlumatına görə, 695 müştəri 2000 von (təxminən 1,37 dollar) bonus almalı olsa da, bunun əvəzinə, onların hər biri ən azı 2000 "Bitcoin" alıb. Bir çox alıcı dərhal kriptovalyutalarını satmağa başlayıb və bu da bazarın kəskin reaksiyasına səbəb olub. Belə ki, "Bitcoin"in məzənnəsi qısa müddətə 17 faiz düşüb.

"Bithumb" hadisəyə görə üzr istəyib və səhvən paylanan 620.000 "Bitcoin"in 99,7 faizini artıq geri qaytardığını açıqlayıb.

"Bithumb" Cənubi Koreyanın ən böyük birjalarından biridir və hərrac həcminə görə yalnız "Upbit"dən geri qalır.

Aynur Babazadə

Избранный
15
2
bakivaxti.az

3Источники