RU

"Əgər ən yaxşı ola bilirsənsə, niyə adi olasan?"

"Milan" və "İnter"in sabiq hücumçusu Zlatan İbrahimoviç 2026-cı ildə Milan və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarına həsr olunmuş BBC-nin promo-rolikində çəkilib.

Sportal.az xəbər verir ki, videoda Zlatan "Mila"da necə çempion olmağın mövzusunda düşüncələrini bölüşür.

"İstəyirsən sənə "Milan"da necə çempion olmağı danışım? İnsanlar bu sualı mənə tez-tez verir və sadə cavab gözləyirlər. Amma çempionun yolu heç vaxt asan olmur. Zlatan adını eşidəndə nə düşünürsən? Bəlkə də Milanı düşünürsən. Mən Milanda çox şey qazandım. Burada qalib gəlmək üçün xüsusi olmalısan. Sən normal ola bilməzsən.

Qış Olimpiya Oyunlarının çempionları da normal deyillər. Elə buna görə də mən onları sevirəm. Bu, riski sevən insanlar üçün bir idmandır. Sən anı tutmağa hazır olmalısan. Ona görə diqqətlə bax, çünki mən təkrar etməyəcəyəm. Qış Olimpiya Oyunları səni heyrətləndirəcək. Soyuq insanı canlı hiss etdirməyə məcbur edir. Sən bunu sevəcəksən.

Əgər ən yaxşı ola bilirsənsə, niyə normal olasan? Deməli, əgər "Milan"da necə çempion olmağı bilmək istəyirsənsə, bax və öyrən." – deyə İbrahimoviç bildirir.

saytlarin hazirlanmasi

Избранный
21
sportal.az

1Источники