RU

Keçmiş məhkum narkotikaya görə həbs edildi

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mehdiyev tutulub. SİA xəbər verir ki, onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
4
sia.az

10Источники