RU

İtaliyada da etirazlar toqquşmalara səbəb olub

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

İtaliyanın Milan şəhərində nümayişçilərin əsas kütləsindən ayrılan təxminən 100 nəfərlik qrup polisə daş və fişəng atmağa başlayıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd olunub ki, nümayişçılər bu yolla şəhərin Santa-Culiya hokkey arenasına aparan yolu bağlamağa çalışıblar.

AFP-nin məlumatına görə, bir neçə nəfər saxlanılıb.

Bu gün Milan və Kortinada minlərlə insan ekoloji və sosial-iqtisadi problemlər, o cümlədən mənzil qiymətlərinin yüksəkliyi və şəhər həyatının əlçatanlığı fonunda yarışların keçirilməsinə etiraz olaraq yürüş təşkil edib./Report

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
bakivaxti.az

2Источники