“Fransa Prezidenti Emmanuel Makron hazırda dünyanın ən nüfuzsuz prezidentidir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki paylaşımında səsləndirib.
Onun sözlərinə görə, cəmi 11 faiz bəyənmə reytinqinə sahib olan və dünyada ən çox tənqid edilən prezident kimi Makronun hər hansı təşəbbüslə çıxış etməyə haqqı yoxdur. Filippo bildirib ki, bu göstəricilər fonunda Fransa prezidentinin legitimliyi sual altındadır.
Müxalifət lideri Makronu siyasi fəaliyyətdən geri çəkilməyə çağıraraq qeyd edib ki, əgər istefa vermək niyyəti yoxdursa, ən azı səlahiyyət müddəti bitənə qədər hər hansı açıqlama və ya addımdan çəkinməlidir.