RU

ABŞ və Gürcüstan Azərbaycan-Ermənistan sülh razılaşmanı müzakirə etdi...



ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun direktoru Brendan Hanrahan və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia 8 avqustda Ermənistan və Azərbaycan arasında ABŞ Prezidenti Trampın vasitəçiliyi ilə əldə edilmiş tarixi sülh müqaviləsindən irəli gələn Cənubi Qafqaz regionunda əməkdaşlıq imkanlarını müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin sözçüsü “Independence Avenue Media”ya bildilib ki, tərəflər ABŞ və Gürcüstan üçün qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv müzakirə aparıblar.

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni hesab edir ki, ABŞ-ın Gürcüstana münasibətdə siyasətində dəyişiklik barədə danışmaq hələ tezdir: "Aydındır ki, ABŞ TRIPP dəhlizinin inkişafı da daxil olmaqla, Ermənistan və Azərbaycan arasında sülh sazişini irəliyə aparmaqda maraqlıdır".

ABŞ-ın Gürcüstandakı digər keçmiş səfiri Kennet Yalovitz isə, ABŞ administrasiyasının Prezident Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən sülh müqaviləsinə əsaslanaraq, Cənubi Qafqazda iqtisadi imkanları genişləndirmək istədiyinə inandığını deyib.

Tahir TAĞIYEV

Избранный
26
baki-xeber.com

1Источники