RU

“Mardinden Orta Asyaya – Bir Turizmcinin Hayat Yolculuğu” adlı kitabının təqdimatı keçirilib

Türk turizminin tanınmış simalarından olan Orhan Sancar “Mardinden Orta Asyaya – Bir Turizmcinin Hayat Yolculuğu” adlı kitabını 29-cu EMITT Turizm Fuarı çərçivəsində təşkil olunan imza günü mərasimində təqdim edib.

Təqdimat tədbirində turizm ictimaiyyətinin nümayəndələri ilə yanaşı, ATAA Peşəkar Turizmçilər Komitəsinin üzvü Nazar Eminov da iştirak edib. Tədbir zamanı müəlliflə görüşən Nəzər Eminova Orhan Sancar tərəfindən kitabın ilk imzalı nüsxəsi hədiyyə olunub.

Qeyd edək ki, nəşr müəllifin təxminən yarım əsri əhatə edən turizm fəaliyyəti, Mardindən Orta Asiyaya uzanan zəngin və çoxşaxəli peşəkar həyat yolundan bəhs edir. Kitabda yer alan arxiv materialları və fotolar oxuculara təkcə turizm tarixini deyil, eyni zamanda bir ömrün yol xəritəsini təqdim edir.

Orhan Sancarın bu əsəri turizm sahəsində çalışanlar üçün həm dəyərli mənbə, həm də ilhamverici vəsait kimi dəyərləndirilir.

image-img-20260207-wa0060

Избранный
33
moderator.az

1Источники