RU

Poroşenkonun şirniyyat fabrikinin anbarı yanıb kül oldu

BAKI, 7 fevral. TELEQRAF

Kiyev vilayətinin Yaqotin şəhərində yerləşən "Roshen" şirniyyat korporasiyasının anbarı tamamilə yanıb.

Teleqraf xəbər verir ki, anbar Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya məxsus olan şirkətin hazır məhsullar üçün ən böyük saxlama yeri olub.

"Hazır məhsullar saxlanılan ən böyük anbarımız demək olar ki, tamamilə məhv olub", - məlumatda bildirilir.

Bu, Poroşenkonun şirniyyat fabrikində baş verən ilk yanğın deyil. Ötən ilin sentyabr ayında fabrikin ərazisində yanğın baş vermişdi, lakin tez bir zamanda söndürülmüşdü.

Избранный
35
teleqraf.com

1Источники