Ajans.az-ın məlumatına görə, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.