Serj Qnabri “Bavariya”da daha uzun müddət çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, hücumçu Münhen klubu ilə yeni müqavilə imzalayıb. 30 yaşlı futbolçu 2028-ci ilin yayına qədər komandada qalacaq.
“Bavariya”nın şərəfini 2018-ci ilin yayından qoruyan Qnabri komanda ilə 311 oyunda meydana çıxıb. O, bu matçlarda 100 qol vurub və 69 məhsuldar ötürmə edib. Təcrübəli vinger Münhen klubu ilə 6 dəfə Almaniya çempionu olub, Çempionlar Liqası və digər titulları qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта