RU

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 7 fevral, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. Yubiley çərçivəsində keçiriləcək növbəti konsert fevralın 18-də olacaq. “İki könül görüşəndə” adlı konsert kino musiqisinə həsr olunub. Hər bir əsər öz unikallığı, ritmi ilə tamaşaçılara təqdim ediləcək. Proqramda həm yerli, həm də xarici filmlərdən məşhur musiqi əsərləri səsləndiriləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova deyib. O bildirib ki, tamaşaçılar “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Torpaq, dəniz, od, səma”, “Bəyin oğurlanması” və digər filmlərdən musiqi əsərlərini canlı ifada dinləyə biləcəklər. Xarici filmlərdən isə “Romeo və Cülyetta”, “Pesenka o poqode” və digər ekran əsərlərindən musiqi nümunələri səslənəcək.

Təranə Yusifova qeyd edib ki, konsertin aparıcısı Əməkdar artist Dilarə Əliyeva olacaq.

Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
azertag.az

2Источники