RU

Terim Rieranın Almaniyada işə başlaması haqda nə dedi?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniyalı həmkarlarımız Fatih Terim ilə söhbətləşərək ondan Albert Rieranın ''Ayntraxt''a təyinatına münasibət öyrəniblər. Bu da səbəbsiz deyil. İspaniyalı daha öncə ''Qalatasaray''da həm futbolçu, həm də köməkçi kimi Terim ilə çalışıb. O, məşqçi karyerasına məhz İstanbul nəhəngində start verərək 2020-22-ci illərdə köməkçi kimi çalışmışdı. Təsadüfi deyil ki, Riera özü də Frankfurt klubuna təyinatının ardından Fatih Terimin onun inkişafında xüsusi əməyi olduğunu qeyd etmişdi. Hazırda işsiz olan ''İmperator'' bunları deyib:

''Rieranın oyun zəkası və futbol savadı o qədər yüksək idi ki, bütün karyerasını sol vinger kimi keçirməsinə baxmayaraq biz onu rahat şəkildə sol müdafiəçi kimi oynatdıq. Rieranın məşqçiliyə başlayarkən dediyi söz məni çox qürurlandırmışdı. O, ''yeni işimə Fatih Terim Universitetində başlamaq istəyirəm'' demişdi. Mən əminliklə deyə bilərəm ki, o artıq tələbə deyil. Uğurlarını böyük məmnunluqla izlədiyim bir həmkarımdı''.

Qeyd edək ki, ''Ayntraxt'' bu məşqçinin başçılığı altında ilk oyunda səfərdə ''Yunion'' ilə 1:1 bərabərə qalıb. ''Qartallar'' qalib gələ bilməsələr də, ən azı 4 oyunluq məğlubiyyət seriyasına son qoyublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
50
icma.az

10Источники