RU

“Direktora demişəm ki, əl-ələ verək, bu məktəbi acınacaqlı vəziyyətdən qurtaraq"VİDEO

Bərdə rayonunun Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümmətovun sinif otağında çəkdiyi video müzakirələrə səbəb olub. Müəllim 11-ci sinif şagirdlərinin dərsə gəlmədiyini bildirərək sinfin tamamilə boş olduğuna diqqət çəkib. Q.Hümmətov paylaşımında qeyd edib ki, dərs saatı olmasına baxmayaraq, şagirdlərin dərsə davamiyyəti sıfırdır və onların qaiblərini də jurnalda qeyd edib. O, eyni zamanda məktəbdə direktorun yeni təyin olunduğunu da əlavə edib.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonu, Lənbəran kənd tam orta məktəbində dərsə davamiyyətlə bağlı yayılan görüntülərlə bağlı məsələ nəzarətə götürülüb. 

Məlumata görə, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar: "Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb: "Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib.

Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.

Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb". 

Videonu paylaşan müəllim Qasım Hümmətov "Xəzər Xəbər"ə açıqlama verib: "Əlbəttə ki, məsuliyyətli şəxs burada birbaşa odur (direktor-red.). Həmin gün məktəbdə 11-ci sinif şagirdlərindən dərsdə heç kim iştirak etməyibdir. Mən həmin gün də bütün uşaqlara qaib qoymuşam, bunu da sosial şəbəkələrdə paylaşmışam. Məsələ burada qərəzli mövqe deyil".

Müəllim deyib ki, hazırkı direktor əvvəllər məktəbdə direktor müavini işləyib. Bu yaxınlarda məktəbə direktor təyin edilib. Onun sözlərinə görə, o, indiyə kimi bir dəfə də olsun fizika fənninin tədrisi ilə maraqlanmayıb. Müəllim onu da iddia edir ki, o, dərslərdə davamiyyətin zəif olması, eləcə də dərslərlə maraqlanmamasına görə yeni təyin olunan direktora etirazını bildirdiyi üçün qarşı tərəf onunla münasibətləri pozub: “Ona demişəm ki, əl-ələ verək, bu məktəbi acınacaqlı vəziyyətdən qurtaraq. Çünki rayon nəticələrinə baxanda görürük ki, bu məktəbin nəticəsi ən aşağı yerdərir".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
16
xezerxeber.az

1Источники