RU

Azərbaycanın bəzi bölgələrində güclü külək əsəcək - Sarı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində güclü külək əsəcək - Sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti fevralın 8-9-da ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı sarı xəbərdarlıq yayıb.

Məlumata görə, bəzi bölgələrdə güclü külək proqnozlaşdırılır.

Belə ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlıda qərb küləyi əsəcək.

Küləyin sürətinin 13.9-20.7 m/san təşkil edəcəyi gözlənilir. Bu, xüsusilə açıq ərazilərdə və yüksəkliklərdə sarı xəbərdarlıq meyarlarına uyğun gəlir. Sakinlərə ehtiyatlı olmaq tövsiyə edilir.

Избранный
27
49
afn.az

10Источники