Bakı. Trend:
"Barselona" İspaniya La Liqasının 23-cü turunda doğma meydanda"Malyorka"nı qəbul edəcək.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, son çempion oyuna ciddi itki iləçıxacaq.
Komandanın aparıcı oyunçularından olan Rafinya matçda iştirakedə bilməyəcək. Braziliyalı vinger zədəlidir.
Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:15-də startgötürəcək.
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydanaçıxdığı 22 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yaddaqalıb.