RU

''Fənərbaxça''nın iştirak ərizəsində hansı dəyişikliklər edildi?

''Qalatasaray''ın ardından ''Fənərbaxça''nın da UEFA-nın iştirak ərizəsində etdiyi dəyişikliklər bəlli olub.

Yeni transferlərdən Matteo Genduzi, Nqolo Kante və gənc forvard Sidiki Şerifin adı siyahıya daxil edilib. Digər yeni transferlərdən Entoni Musaba ilə Mərt Günok isə iştirak ərizəsindən kənarda qalıb. Yəni onlar avrokubok matçlarında oynaya bilməyəcəklər. Xüsusilə baş məşqçi Domeniko Tedeskonun Musabanın əvəzinə Şerifə üstünlük verməsi müəyyən müzakirələrə səbəb olub. Tedesko son açıqlamasında Musaba ilə bu barədə söhbət etdiyini və futbolçunun bu durumu anlayışla qarşıladığını deyib.

Görünür, Tedesko mərkəz hücumçusu qıtlığını nəzərə alaraq, üstünlüyü Şerifə verib. Çünki Yussef Ən-Nəsiri ilə Con Duranın ayrılmasından sonra hücumda sıxıntılar yaranıb. Musaba isə vingerdi. Komandada bu mövqedə oynaya biləcək futbolçular çoxdu.

Adı siyahıdan çıxarılan isimlərə gəlincə, bunlar artıq komandanı tərk edən futbolçulardı. Ən-Nəsiri və Durandan başqa söhbət Sebastyan Şimanski, İrfan Can Kahveci və qapıçı İrfan Can Eğribayatdan gedir. Yeri gəlmişkən, ''Kocaelispor''la son səfər matçında əlini cinsi orqanına qoyaraq tribunalara qarşı nalayiq bir hərəkətə yol verdiyi üçün Nizam-İntizam İntizam Komitəsinə sövq edilən Milan Şkrinyarın cəzası bəlli olub. Təcrübəli futbolçuya 2 oyunluq cəza verilib.

Kapitan sarğısını da daşıyan Şkrinyar superliqada ''Gənclərbirliyi'' və ''Trabzonspor''a qarşı oyunları buraxmalı olacaq.

Избранный
37
1
football-plus.az

2Источники