RU

İcra başçısı aparıcı həyat yoldaşından ayrılıb?

Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb.

Aparıcı iddialarla əlaqədar açıqlama yayıb.

O, yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır.”

Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi.

Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub. Bu, Seymur Orucovun ikinci evliliyidir. O daha əvvəl Şəmsəddin Hacıyevin qızı ilə ailəli olub.

Şəmsəddin Hacıyev vəzifələrini itirdikdən sonra Seymur Orucov  Çeşmi Hacıyevadan ayrılıb. Onun bu nikahdan 4 uşağı var.//azerbaycan24.com

Избранный
16
9
millitv.net

10Источники