RU

İmam Əli məscidində Xamneinin şəkiləri ilə xütbə -FOTO

Marneulidəki İmam Əli məscidində keçirilən cümə axşamı xütbəsinin əsas mövzusu İran İslam Respublikasının Ali dini lideri ayətullah Əli Xamenei olub. Musavat.com xəbər verir ki, bu barədə ekhokavkaza.com saytı məlumat yayıb.

Bildirilir ki, fevralın 5-də cümə axşamı günü xütbəni İmam Əli məscidinin axundu Hacı Hacıyev oxuyub. Sayt xəbər verir ki, məscidin axundu ayətullah Xameneinin plakatı fonunda namaza rəhbərlik edib. Zalda toplaşanların bəziləri də nümayişkaranə şəkildə Əli Xameneinin plakatlarını qaldırıblar.
Fotolar və məlumatlar 2024-cü ildə qeydiyyatdan keçmiş İmam Əli Fondunun Facebook səhifəsində paylaşılıb. Məlumatına görə, fondun direktoru Amil Xəlilovdur.

PictureFondun saytında bu barədə yazılıb: “Xütbə zamanı Ali Liderin tanınması, ona itaət və onun qorunması kimi məsələlər müzakirə edilib”. Eyni mənbəyə görə, Hacı Hacıyev Fələstin və Qəzza haqqında da danışıb: “O, minlərlə günahsız insanın qətlinə, onların yemək, su və dərmandan məhrum edilməsinə işarə edərək, bütün insanları həmişə məzlumların tərəfində olmağa və zalımlara müqavimət göstərməyə çağırıb”.

Sayt yada salır ki, 2023-cü ilin oktyabr ayının sonunda Marneulidə fələstinliləri dəstəkləmək üçün aksiya keçirilib, həmrəylik mitinqi HƏMAS silahlı qrupunu dəstəkləyən antisemit və Qərb əleyhinə nümayişə çevrilib ki, həmin yürüşə də Hacı Hacıyev rəhbərlik edib.

Marneuli şəhərində yerləşən İmam Əli məscidi təkcə dini ibadət məkanı deyil, həm də bölgədə yaşayan azərbaycanlı müsəlman icmasının tarixi, mədəni və ictimai həyatının əsas sütunlarından biridir. XVIII əsrə gedib çıxan bu ibadətgah bu gün də regionda müsəlmanların ən çox ziyarət etdiyi məkanlardan sayılır.

Tarixi mənbələrə görə, İmam Əli məscidi XVIII əsrin ikinci yarısında (təxminən 1739–1793-cü illər) inşa olunub. Məscid klassik müsəlman memarlıq üslubunda tikilib: kvadrat planlı bina, tağvari pəncərələr və hündür minarə onun əsas memarlıq xüsusiyyətlərini təşkil edir. Daxili hissədə namaz zalı, qadınlar üçün ayrılmış balkon və dini ədəbiyyatın saxlanıldığı guşələr mövcuddur.

Sovet dövründə, digər dini obyektlər kimi, İmam Əli məscidi də faktiki olaraq ibadətdən kənarlaşdırılıb, müxtəlif təsərrüfat və texniki məqsədlər üçün istifadə edilib. Yalnız Gürcüstan müstəqillik əldə etdikdən sonra, 1998–2000-ci illərdə yerli müsəlman icmasının təşəbbüsü ilə məscid bərpa edilərək yenidən ibadətə açılıb.

İmam Əli məscidi Marneulidə yaşayan minlərlə müsəlman üçün əsas dini mərkəz rolunu oynayır. Burada cümə namazları, Ramazan ayı mərasimləri, Qurban və Ramazan bayramları, eləcə də Mövlud, Aşura və digər dini mərasimlər mütəmadi keçirilir.

Musavat.com

Избранный
19
editor.az

1Источники