RU

Bu ölkə Aİ də ən yaşlı işçi qüvvəsinə malikdir

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) daxilində işləyən əhali sayına görə, Almaniya ən yüksək orta yaşa malikdir. 

"Cebheinfo.az" xəbər verir ki, Federal Statistika İdarəsinin açıqladığı 2024-cü il məlumatlarına görə, 55-64 yaş qrupu Almaniyada işləyən əhalinin 24 %-ni təşkil edir. Ümumi 40,9 milyon işçidən 9,8 milyonu bu yaş qrupundadır.

55-64 yaş qrupu üzrə işləyən əhalinin Aİ-də orta göstəricisi 20,1 %-dir. Bu yaş qrupu İtaliyada 23 %, Bolqarıstanda isə 22,3 %-dir.

55-64 yaş qrupunun ən aşağı nisbətinə malik olan Aİ ölkələri 10,8 % ilə Malta, 12,8 % ilə Lüksemburq və 15,2 % ilə Polşa izləyir.

Almaniya Federal Statistika İdarəsinin açıqlamasına görə, Almaniyada orta yaşın yüksək olması yaşı əhalinin artması, eləcə də pensiya yaşının davamlı olaraq artması ilə əlaqədardır.

Almaniyada pensiya yaşı 2004-cü ildə qadınlar üçün 63, kişilərdə isə 63,1 olduğu halda 2024-cü ildə orta hesabla 64,7-yə yüksəldilib.

Bu, qismən Almaniyanın 2029-cu ilə qədər pensiya yaşını tədricən 67-yə qaldırmaq siyasəti və qismən 60 yaşında erkən təqaüdə çıxmağa icazə verən modelin ləğvi ilə bağlıdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 2025-ci ilin sonunda dərc edilən hesabatda Almaniyanın pensiya sisteminin ciddi yüklərlə üzləşdiyi bildirilir.

Hesabatda Almaniyanın işləyən əhalisinin növbəti 40 il ərzində azalmağa davam edəcəyi proqnozlaşdırılır:

"Buna görə də, gələcəkdə pensiyaların maliyyələşdirilməsi üçün işlədiyi illərin sayının artırılması çox vacibdir. Bu, qanuni pensiya yaşının ömür uzunluğu ilə uyğunlaşdırılmasına imkan verəcək".

Hesabatda, həmçinin qeyd olunur ki, erkən təqaüdə çıxma ilə bağlı qaydalar daha az cəlbedici olmalıdır.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
90
1
cebheinfo.az

2Источники