RU

ABŞ Ukrayna və Rusiyaya müharibəni yayadək bitirməyi təklif edir Zelenski

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Ukrayna və Rusiyaya aktiv hərbi əməliyyatları bu yay başlamazdan əvvəl dayandırmaqla bağlı təklif irəli sürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, Vaşinqton müharibənin konkret vaxt çərçivəsində başa çatdırılması üçün tərəflərə təzyiq göstərə bilər. Prezident qeyd edib ki, bu təşəbbüs ABŞ-ın daxili siyasi prosesləri ilə də əlaqədardır.

Dövlət başçısı 4–5 fevral tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələrini də açıqlayıb. Onun sözlərinə görə, ABŞ ilk dəfə olaraq Ukrayna və Rusiya danışıqlar qruplarına ABŞ-da, ehtimal ki, Mayami şəhərində görüş keçirməyi təklif edib və Ukrayna bu təklifi qəbul edib.

Zelenski bildirib ki, ukraynalı hərbçilərin əsirlikdən azad edilməsi məsələsi üzərində iş davam edir və mübadilələr bundan sonra da aparılacaq.

Eyni zamanda ABŞ enerji infrastrukturu ilə bağlı eskalasiyanın azaldılması məqsədilə yeni atəşkəs təşəbbüsü irəli sürüb. Ukrayna bu təşəbbüsü dəstəkləsə də, Rusiya hələlik razılıq verməyib.

Prezidentin sözlərinə görə, atəşkəs əldə olunacağı təqdirdə, onun icrasına Ukrayna, Rusiya və ABŞ tərəfindən texniki nəzarət mexanizmləri müzakirə olunub. ABŞ bu prosesdə iştirak edəcəyini təsdiqləyib.

Donbas məsələsinə toxunan Zelenski Ukraynanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb. Onun sözlərinə görə, “harada dayanmışıqsa, orada qalırıq” prinsipi hazırda atəşkəs üçün ən etibarlı model hesab olunur.

Bununla yanaşı, danışıqlarda azad iqtisadi zona yaradılması ideyası da müzakirə edilib. Zelenski qeyd edib ki, nə Ukrayna, nə də Rusiya bu təşəbbüsə xüsusi maraq göstərir və ABŞ bunu kompromis variant kimi irəli sürür.

Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı isə hələlik ümumi razılıq əldə olunmayıb. Zelenskinin sözlərinə görə, bu məsələ su ehtiyatları, bəndin bərpası və regionun ekosistemi ilə birlikdə həll edilməlidir.

"The New York Times" nəşrinin məlumatına əsasən, Əbu-Dabidə keçirilən danışıqların ikinci raundu ciddi irəliləyiş olmadan başa çatıb. Bununla belə, görüşlərin əsas nəticələrindən biri Rusiyanın əsirliyindən 157 ukraynalı hərbçinin azad edilməsi olub.

Ekspertlərin fikrincə, əgər 31 maya qədər sülh sazişi imzalanmasa, ABŞ bu danışıqlar prosesindən geri çəkilə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
50
icma.az

10Источники