RU

Güllələnən generalla bağlı Ukraynadan AÇIQLAMA

Kiyev Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Kiyevin bu hücumla heç bir əlaqəsi yoxdur", - deyə Sibiqa vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Moskva şəhərində naməlum şəxs general-leytenant Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb.

Rusiya KİV-lərinin məlumatına görə, Volokolamsk şossesində yerləşən yaşayış binasının girişində generala sui-qəsd edən qadın killer olub.

"Mash" nəşrinin məlumatına görə, killer səhər saat 7-də Alekseyevi yaşadığı binanın lift meydançasında arxadan güllələyib. İlkin versiyaya görə, killer sonuncu "nəzarət atəşini" həyata keçirə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
olaylar.az

1Источники