RU

İkardi Qalatasaray da qalacaq?

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi argentinalı forvardla yeni sözləşmə imzalayacaq. Bu barədə "Fotomaç" məlumat yayıb.

İkardi ilə yaxın günlərdə 2+1 illik müqavilə imzalanacaq. 32 yaşlı futbolçunun illik maaşı 7 milyon avro olacaq.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
3
sportal.az

5Источники