RU

Astarada bəndlər çökdü, yol dağıldı Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Pensərçayın kənddən keçən hissəsində beton bəndlər torpaq qatı ilə birlikdə çaya tökülüb. Nəticədə kənddaxili yolun bir hissəsi dağılıb və hərəkət üçün yararsız hala düşüb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub. Təhlükənin qarşısının alınması məqsədilə çayın məcrası dəyişdirilir. 

Mütəxəssislər ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, yol hissəsinin lentləndiyini və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulduğunu bildiriblər.

Surxay Şahbazov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
2
qafqazinfo.az

3Источники