AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin məlumatına görə, Taybeyə “Patriot” hava hücumundan müdafiə (HHM) raket sistemləri və digər silahların mümkün tədarükü ilə bağlı Pekin“ciddi narahatlığını”ifadə edib.
Çin diplomatları bu cür addımların ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini və iki ölkə liderləri arasında qarşıdan gələn görüşə hazırlığı çətinləşdirə biləcəyini vurğulayıblar.
“Bəlli olub ki, Çinin sədri Si Cinpin prezident Donald Trampla telefon danışığı zamanı Tayvana silah satışı məsələsini qaldırıb. Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin ABŞ-ın ‘Tayvana silah satışı məsələsinə ehtiyatlı yanaşmalı’ olduğunu vurğulayıb”,– qəzet yazır.
Vəziyyətlə tanış olan bir neçə şəxs ABŞ-ın Tayvana yardım paketinin 20 milyard dollara çata biləcəyini deyib. Bununla belə, digər mənbələr son məbləğin dəyişə və ötən dekabrdakı rəqəmə daha yaxın ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Eyni zamanda, bəzi Amerika rəsmiləri Çinin siyasi-diplomatik oyun apardığını və səfəri ləğv etməyəcəyini bildirirlər.
Trampın Pekinə səfəri illərlə davam edən gərginlikdən, xüsusən də Çinlə ticarət və qlobal rəqabətdən sonra münasibətləri sabitləşdirmək cəhdi kimi qiymətləndirilir.
- Amerikanın Tayvanla bağlı mövqeyinə cavab olaraq regionda strateji tarazlığın pozulduğu qənaəti yarandığı halda, Çin rəsmiləri qarşılıqlı addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər”, – nəşr xatırladır.
Tayvana hərbi dəstəyə gəlincə isə, Vaşinqtonun yardım paketi dörd sistemdən ibarət olacaq. “Patriot” HHM sistemləri ilə yanaşı, ABŞ Tayvana daha çox “NASAMS” HHM sistemi və daha iki silah sistemi almağa icazə verəcək.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта