RU

"Amazon" süni intellektə 200 milyard dollar xərcləyəcək

Müəllif:Mehin Qasımova,Banco.az

"Amazon" 2026-cı ilə qədər kapital xərclərini 200 milyard dollara çatdırmağı planlaşdırdığını açıqlayıb.

Banco.az xəbər verir ki,şirkət əsas investisiyaları məlumat mərkəzləri, çiplər və infrastrukturla yanaşı, süni intellekt layihələrinə yönəldəcək.

Bu açıqlamadan sonra "Amazon" səhmləri 10,3% ucuzlaşıb.

Şirkət 2025-ci ildə əmlaklara, data mərkəzlərinə və avadanlıqlara təxminən 130 milyard dollar xərcləməyi planlaşdırırdı. Bazar isə 2026-cı il üçün bu rəqəmin 150 milyard dollar olacağını gözləyirdi. Amazon-un 200 milyard dollarlıq hədəfi gözləntiləri xeyli üstələyib və investorları narahat edib.

Amazon-un bulud bölməsi AWS dördüncü rübdə gəlirini 24% artıraraq 35,6 milyard dollara çatdırıb. AWS-in əməliyyat mənfəəti isə 12,5 milyard dollar olub. Şirkət, həmçinin AWS üzrə gələcək sifarişləri əks etdirən fyuçers satışlarının 244 milyard dollara yüksəldiyini açıqlayıb ki, bu da süni intellektə tələbatın güclü olduğunu göstərir.

Digər tərəfdən, "Amazon" ümumi gəlirini ilin dördüncü rübündə 14% artıraraq 213,4 milyard dollara çatdırıb. Onlayn mağaza satışları 10% artaraq 83 milyard dollar, reklam gəlirləri isə 23% artaraq 21,3 milyard dollar olub.

Bununla yanaşı, "Amazon" xərcləri artırsa da, ixtisarları davam etdirir. Şirkət son ayda 16 min korporativ işçini ixtisar edib. Son dövrdə işdən çıxarılanların ümumi sayı 30 minə çatıb.

Избранный
14
1
banco.az

2Источники