RU

ABŞ yaxın vaxtlarda BMT büdcəsinə ödəniş edəcək

BAKI, 7 fevral. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Vaşinqtonun bir neçə aylıq fasilədən sonra BMT büdcəsinə töhfə edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Uolts "Reuters" agentliyinə müsahibəsində danışıb.

O qeyd edib ki, ilk maliyyə tranşının çox yaxın zamanda köçürülməsi gözlənilir.

“Hələlik yekun məbləğlə bağlı qərar verilməyib, lakin bu proses bir neçə həftə ərzində baş tutacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Uolts ABŞ Prezidenti Donald Tramp administrasiyasının BMT-yə ödənişləri təşkilatda islahatlar aparılana qədər dayandırdığını açıqlamışdı.

"Reuters"in məlumatına görə, fevralın əvvəlinə ABŞ-nin BMT-nin əsas büdcəsi üzrə borcu təxminən 2,19 milyard dollar təşkil edir ki, bu da BMT-yə üzv ölkələrin ümumi borcunun 95%-inə bərabərdir.

Избранный
25
teleqraf.com

1Источники