RU

ABŞ İranla ticarət edən ölkələrə rüsum tətbiq edəcək

ABŞ İranla ticarət edən ölkələrə rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp İranla ticarət edən və ya bu ölkədən xidmət alan dövlətlərdən gələn mallara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan icraedici fərman imzalayıb.

AFN.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, bu tədbirlər fevralın 7-dən qüvvəyə minir.

Sənədə əsasən, İrandan birbaşa və ya dolayısı ilə mal alan, idxal edən və ya xidmətindən istifadə edən istənilən ölkədə istehsal olunan məhsullar ABŞ-a gətirilərkən onlara 25% həcmində əlavə advalor (malın dəyərinə mütənasib) rüsum tətbiq edilə bilər. Administrasiya bu addımı İranın ABŞ üçün "qeyri-adi və fövqəladə təhdid" yaratmağa davam etməsi və ölkədə əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin uzadılması zərurəti ilə əsaslandırıb.

Qeyd olunur ki, bu fərman Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi artırmaq strategiyasının bir hissəsidir. Yeni qaydalar yalnız İranın özünə deyil, həm də onunla iqtisadi əlaqələri saxlayan üçüncü tərəflərə qarşı ikincili sanksiya mexanizmi rolunu oynayır.

Избранный
32
afn.az

1Источники