RU

Gözəllik salonuna qumbara atıldı: 6 nəfər yaralı var

Gözəllik salonuna qumbara atıldı: 6 nəfər yaralı var

Fransanın cənub-şərqindəki İzer departamentində yerləşən Qrenobl şəhərində gözəllik salonuna əl qumbarası atılması nəticəsində azı altı nəfər xəsarət alıb.

AFN.az xəbər verir ki, bu barədə polis mənbələrinə istinadən "Franceinfo" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla təxminən saat 15:00-da şəhərin mərkəzindəki gözəllik salonuna əl qumbarası atılıb. Partlayış nəticəsində salonun vitrinləri sınıb və altı nəfər yüngül xəsarət alıb. Yaralılar arasında beşyaşlı bir uşağın da olduğu bildirilir.

İlkin ehtimala əsasən, partlayıcı qurğu qətl məqsədilə deyil, qorxutmaq məqsədilə istifadə edilib. Hadisəni törədən şəxsin yanında bir nəfərin də olduğu və həmin şəxsin baş verənləri videoya çəkdiyi qeyd olunur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
38
afn.az

1Источники