RU

Dövlət Departamenti Ukraynaya 185 milyon dollarlıq ehtiyat hissəsinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya 185 milyon dollarlıq hərbi ehtiyat hissələrinin satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Kiyev əvvəllər ABŞ-dan nəqliyyat vasitələri və silah sistemləri üçün ehtiyat hissələri də daxil olmaqla müxtəlif logistik dəstək istəyib və bu dəstəyin də ümumi dəyəri 185 milyon dollar olaraq qiymətləndirilir.

Dövlət Departament hesab edir ki, təklif olunan satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

Qeyd edək ki, Konqresin müqaviləni nəzərdən keçirmək və onu bloklayıb-bloklamamaq barədə düşünmək üçün 30 günü var.

Избранный
19
1
apa.az

2Источники