RU

Del Pyero Yuventus Qalatasaray oyunu haqda nə dedi?

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

İtaliya futbolunun və ''Yuventus''un əfsanəsi Alessandro Del Pyero yerli mətbuata açıqlamalar verib. O, ''qoca sinyora''nın performansı, eləcə də Çempionlar Liqasının pley-offundakı şansları haqda danışıb. Xatırladaq ki, Luçano Spallettinin komandası pley-offda Türkiyə çempionu ''Qalatasaray'' ilə qarşılaşacaq. ''Yuventus'' tarixinin ən məhsuldar oyunçusu statusunda olan 51 yaşlı Del Pyero bunları deyib:

''Məncə, ''Yuve''nin ÇL-də mərhələni adlamaq şansları kifayət qədər yüksəkdi. Oyunçuların ''Qalatasaray''a qarşı hər iki matça yaxşı konsentrasiya olacaqlarını düşünürəm. Təbii ki, ''Yuve''nin bu mövsüm ÇL-də finala yüksələ biləcəyindən danışmaq düzgün olmaz. Bu, onların finala çıxa biləcəyi mövsüm deyil. ''Futbol ili''nin əvvəllərində hansı çətinliklərdən keçdiklərini nəzərə alsaq, ÇL-də sadəcə pillə-pillə irəliləmək barədə düşünməlidilər. Spalletti ''Yuve''yə qalib mentalitetini qaytarmağa çalışır. Komandanın hər oyunda meydana qələbə üçün çıxmasına nail olmaq istəyir. Məncə, bu, düzgün yanaşma tərzidi''.

A seriyasında liderdən 10 xal geridə olan Turin nəhəngi son olaraq ölkə kubokunun 1/4 finalında ''Atalanta'' önündə 0:3 hesablı şok məğlubiyyətlə üzləşib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
icma.az

2Источники