RU

Rusiyada sabiq nazir müavini hamamda ölü tapılıb

Rusiyanın Ədliyyə Nazirliyinin sabiq müavini Sergey Tropin ölü tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Hadisə Moskvada, Presnya rayonunda Tropinə məxsus mənzildə baş verib. Keçmiş məmurun cəsədi onun şəxsi hamam otağında aşkarlanıb. Tropin vannada boğularaq ölüb.

Hazırda hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Sergey Tropin 1996-cı ildə Rusiyanın ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdu.

Избранный
49
far.az

1Источники