RU

Onları meymun kimi göstərmişdi, 12 saat sonra sildi Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp rəsmi “Truth Social” hesabında sabiq Prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın meymun kimi təsvir edildiyi qalmaqallı videonu paylaşandan 12 saat sonra silib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəsmiləri videonun silinməsini texniki xəta ilə əsaslandıraraq, paylaşımın bir əməkdaş tərəfindən yanlışlıqla edildiyini bildiriblər.

Xatırladaq ki, bu gün paylaşılan bir dəqiqəlik videoda 2020-ci il seçkilərində saxtakarlıq iddiaları irəli sürülüb. Videonun sonunda Obamalar ailəsinin süni intellektlə hazırlanmış görüntüləri meymun bədəninə montaj edilərək “The Lion Sleeps Tonight” mahnısının müşayiəti ilə təqdim olunmuşdu. Bu görüntülər həm Demokratlar, həm də bəzi Respublikaçı senatorlar tərəfindən kəskin irqçilik nümunəsi kimi qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
34
qafqazinfo.az

10Источники