RU
  • AZ
  • EN
  • Ночной Режим
  • Домашняя страница
  • Статистика
  • Источники
  • Рейтинг
  • Погода
  • Валюта
Темы
  • Все темы
  • Политика
  • Эконом
  • Общество
  • Культура
  • Война
  • Шоу-бизнес
  • Виды спорта
  • Преступник
  • Мир
  • Интервью
  • Интересный
  • İKT
  • Другой
  • Образование
  • Auto
  • Туризм
  • Аналитика
  • Biznes
  • phrase_var_article.multimedia
  • + Более - Меньше
  • О нас
  • Реклама
  • Контакт
  • Более
    • Пользовательские условия
    • Поддерживать
Политика
06.02.2026 ◦ 21:52
  • Smartbee
  • Пожаловаться

Bu mükafat İlham Əliyevin şəxsində Azərbaycanın sülh strategiyasına verilən beynəlxalq qiymətdir – Tənzilə Rüstəmxanlı yazır

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.

 

media-whatsapp-image-2025-12-17-at-21-04-54

Prezident İlham Əliyev təqdimat mərasimindəki çıxışında da bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə dövlət başçısına verilən fərdi mükafat deyil, eyni zamanda Azərbaycanın son illər ərzində həyata keçirdiyi humanist, multikultural və dialoqa əsaslanan dövlət siyasətinə verilən beynəlxalq qiymətdir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” eyni zamanda Azərbaycanın beynəlxalq imicinə strateji təsir göstərir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat layihələri ilə deyil, sülh təşəbbüsləri və regional sabitliyin təmin olunmasına verdiyi töhfələrlə də tanınır.

Ölkənin çoxtərəfli diplomatiyada oynadığı rol, beynəlxalq platformalarda nümayiş etdirdiyi məsuliyyətli mövqe və dialoqa əsaslanan yanaşma bu imicin əsas sütunlarını təşkil edir. Bu gün bölgəmizdə sürətlə sülh quruculuğu prosesi gedir. Bu prosesdə biz bir neçə vacib məqamı qeyd edə bilərik.

Prezidentin vurğuladığı kimi, bölgəmizdə sülhün qurucusu, sülhə töhfə verən ölkə məhz Azərbaycandır. Yəni bu işlər Azərbaycanın rəhbərliyi ilə aparılır.

Cənab Prezident bölgəmizə sülhün gəlməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir və bunlardan biri dediyimiz istiqamətdə görülən işlərdir. Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin də qarşısı alındı.

Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri, təşəbbüsləri mühüm diplomatik nəticə ilə yekunlaşdı, məsələyə nöqtə qoyuldu, regionda sülh bərqərar oldu. Bakı hazırda qeyd edilən istiqamətdə praktik addımlarını davam etdirir.

BƏƏ-nin Şeyx Zayed Fondunun qərarı onu nümayiş etdirdi ki, Azərbaycan dünyada sülhyaradan, qlobal əməkdaşlığı, dialoqu təşviq edən dövlət kimi qəbul edilir. Lakin bütün beynəlxalq mükafat və etiraflardan üstün olan bir həqiqət mövcuddur.

Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının ona göstərdiyi etimad və dəstəkdir. O, xalqın gözündə Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi qəbul olunur.

Dövlətimizin qarşısında duran ən taleyüklü məsələlərin uğurla həll edilməsi, suverenliyin tam təmin olunması və Azərbaycanın regionda aparıcı mövqeyə yüksəlməsi bu liderliyin real nəticələridir.

 

Избранный
7
1
0
moderator.az

2Источники

  • moderator.az
    Bu mükafat İlham Əliyevin şəxsində Azərbaycanın sülh strategiyasına verilən beynəlxalq qiymətdir – Tənzilə Rüstəmxanlı yazır ( 25909188)
  • interpress.az
    Bu mükafat İlham Əliyevin şəxsində Azərbaycanın sülh strategiyasına verilən beynəlxalq qiymətdir – Tənzilə Rüstəmxanlı yazır ( 25909104)
  • О нас
  • Реклама
  • Пользовательские условия
  • Поддерживать
  • Контакт

Войдите в свой аккаунт

У вас нет учетной записи? Регистр
Забыл пароль?
facebook login

Регистр

У тебя есть аккаунт? Входить
Продолжить через Facebook

Сброс пароля

У тебя есть аккаунт? Входить