RU

Britaniyanın ABŞ dakı sabiq səfirinin evində Epşteyn istintaqı ilə əlaqədar axtarış aparılıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Polis əməkdaşları məxfi hökumət məlumatlarının amerikalı maliyyəçi Ceffri Epşteynə ötürülməsi iddiası ilə əlaqədar olaraq Britaniyanın ABŞ-dakı sabiq səfiri Piter Mandelsonun iki evində axtarış aparıblar.

APA xəbər verir ki, bu barədə London polisi məlumat verib.

Axtarışlar biri İngiltərənin cənub-qərbindəki Uiltşirdə, digəri isə Londonun Kamden rayonunda olmaqla iki ünvanda aparılır.

"Axtarışlar 72 yaşlı bir kişinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı davam edən istintaqla əlaqədardır. O, saxlanılmayıb", - polis bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
50
apa.az

10Источники