RU

Prezidentin vəzifədən azad etdiyi Saleh Məmmədovun dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Oxu.Az Saleh Məmmədovun dosyesini təqdim edir:

Saleh Məmmədov 1958-ci ildə Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirib.

O, əmək fəaliyyətinə 1980-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb.

O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika” İstehsalat Birliyində rəis vəzifələrində işləyib.

1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışıb.

2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləyib.

2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

S.Ə.Məmmədov 2015-ci il tarixdən “Azəryolservis” ASC sədrinin birinci müavini təyin edilib və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

2016-cı ildə Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Saleh Məmmədov 2010-cu ildə “Tərəqqi” medalı ilə, 2012-ci ildə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2018-ci ildə Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində görə xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, dörd övladı var.

Избранный
8
10
editor.az

10Источники