Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyanat yayıb.
Sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir.
Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqi, “kölgə donanması”na daha 43 gəminin əlavə edilməsi və mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılması nəzərdə tutulur.
20 regional bankın sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayınma kanallarına qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır.