RU

Yeni AAYDA sədri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib. 

"Unikal" Vüsal Nəsirlinin dosyesini təqdim edir:

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 

2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2018-ci ilə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2018-ci il oktyabrın 31-də Prezident İlham Əliyevinin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Избранный
43
21
unikal.az

10Источники