İsrail Müdafiə Qüvvələri (İMQ) radikal qrupun atəşkəs razılaşmasını pozmasına cavab olaraq Qəzza zolağında HƏMAS-ın silah anbarına və emalatxanasına hücum edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü verdiyi açıqlamada bildirib ki, "İDF HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi bir obyektə, eləcə də silah anbarına hücum edib.
İDF həmçinin qeyd edib ki, əvvəlcədən xəbərdarlıqlardan sonra əhalinin zərbə zonalarından təxliyəsi üçün tədbirlər görülüb. Hücumlar terrorçu hədəflərinin yaxınlığında mülki şəxslərin olmaması təsdiqləndikdən sonra həyata keçirilib.
Anar