RU

“İran Rusiya və Çinə xəyanət edə bilər” “Netanyahu dialoqun baş tutmamasına çalışır”

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

İran ətrafında gərginlik maksimum səviyyəyə çatıb. Bu gərginliyin əsas səbəblərindən biri İranla ABŞ arasında mövcud olan münasibətlərdir.

ABŞ və İran arasındakı qarşıdurma regiona necə təsir göstərə bilər? Bu gərginlik yeni bir müharibəyə yol aça bilərmi?

Mövzu ilə bağlı politoloq Turab Rzayev “AzPolitika”ya açıqlamasında bildirib ki, hələ də ABŞ və İran arasında dialoq qurmaq şansı mövcuddur. Lakin İran rejimi bu danışıqlarda maraqlı görünmür. Onun sözlərinə görə, xüsusilə Çin və Rusiya İrana təzyiq göstərir ki, ABŞ ilə razılığa getməsin. Digər tərəfdən, ABŞ-də İsrail lobbisi, xüsusilə Netanyahunun tərəfdarları dialoqun baş tutmaması üçün çalışır.

“Tramp hakimiyyəti üçün dialoq hava və su kimi vacibdir. Eyni zamanda, İran iqtisadi məsələlərini yoluna qoymaq və aktivliyini artırmaq üçün güzəştlərə açıq ola bilər. Bu səbəbdən ortaq məxrəc tapmaq ehtimalı mövcuddur. İran ABŞ ilə razılığa gələrsə, bu, faktiki olaraq Rusiya və Çinə qarşı atılmış addım ola bilər. ABŞ hazırda Hindistana və Venesuelaya ucuz neft satır, Rusiyanın neft bazarına çıxışını məhdudlaşdırır. İran isə buna razı olmaya, lakin ortaq bir müqavilə çərçivəsində həm ABŞ-yə, həm də Hindistan bazarına təsir göstərə bilər.

Yəni, İranın Rusiya və Çinə xəyanət etmək ehtimalı da mümkündür. Ona görə də qapalı qapılar arxasında danışıqlara üstünlük verə bilər”.

T.Rzayev sonda vurğulayıb ki, əgər razılıq əldə olunmasa və İran güzəştə getməsə, Tramp hakimiyyətinin İsrail lobbi və Netanyahunun təzyiqi ilə hərbi əməliyyat ehtimalı yaranır: “Bu isə bölgəni xaosa sürükləyə bilər. Amma düşünürəm ki, hazırda böyük müharibə ehtimalı aşağıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
hurriyyet.az

1Источники