RU

Terrorun dini və vətəni yoxdur Deputat Pakistan məscidində baş verən terrordan danışdı

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Qardaş Pakistan İslam Respublikasının Tarlay rayonunda yerləşən "Xədicə əl - Kübra" məscidində həyata keçirilən terror aktı nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması hər birimizi dərindən sarsıtdı".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı feysbuk hesabında yazıb.

"Baş verən hadisə bir daha onu sübut etdi ki, terrorun dini və vətəni yoxdur. Xalq olaraq uzun müddət separatçılıq və terrorizimdən əziyyət çəkdiyimiz üçün Pakistan xalqının kədərini ürəkdən hiss edirik.  Bu səbəbdən heç bir dövlət bu tip mənfi hallardan sığortalanmayıb. Bunun üçün hər bir ölkə öz imkanları çərçivəsində terrorizimə qarşı səylərini artırmalı və əməkdaşlıqları genişləndirməlidir.

Bu çətin anlarda qardaş Pakistan xalqı ilə həmrəyliyimizi bildirir, kədərlərini bölüşürük. Uca yaradan dəhşətli terror aktı ilə əlaqədar həyatını itirənlərə rəhmət, yaralılara şəfa versin".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
redaktor.az

2Источники