RU

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını keçirdi FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd və Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binalarında keçirdiyi növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və yerli sakinlər iştirak ediblər.

Globalinfo.az bildirir ki, səyyar görüşlərdə RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının bugünkü tərəqqisi və inkişafına xidmət edib. Ulu Öndər tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə güclənir, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, eyni zamanda, bütün sahələrdə dinamik inkişafı, qüdrətli ordusu ilə regionda lider dövlətə çevrilib.

Vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq göstərişlər verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
globalinfo.az

2Источники