RU

"Yeşilçam"ın 78 yaşlı aktrisası vəfat etdi

Yazını böyüt
Yazını kiçilt

"Yeşilçam"ın tanınmış aktrisası Nevin Efe vəfat edib.

Hafta.az xəbər verir ki, 78 yaşlı sənətçi xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli keçirdiyi kəskin narahatlıq səbəbindən vəfat edib.

O, müalicə aldığı İstanbulun Taksim ərazisində İlk Yardım Xəstəxanasında səhər saat 11:00 radələrində dünyasını dəyişib.

Bu barədə aktrisanın meneceri Ayça Irqan sosial şəbəkə hesabında məlumat yayıb.

Son olaraq "Yankı" serialında rol alan usta aktrisanın vəfatı sənət camiəsində və sevənləri arasında dərin hüzn yaradıb.

Nevin Efe uzun illər ərzində kino və televiziya sahəsində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.

 

 
Избранный
29
1
hafta.az

2Источники