RU

Kənd Təsərrüfatı nazirliyinin göstərişi ilə “Azəraqrar Dövlət Emal və İstehsalat birliyi” MMC-də aparılan AUDİT YOXLAMANIN nəticələri nə üçün PROKURORLUĞA GÖNDƏRİLMİR?

Kənd Təsərrüfatı nazirliyinin göstərişi ilə aparılan AUDİT YOXLAMANIN nəticələri nə üçün PROKURORLUĞA GÖNDƏRİLMİR?

 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin regionlarda fəaliyyət göstərən idarələri barədə KİV-də mütəmadi olaraq məlumatlar yayılmaqdadır.  Elə ötən gün Gununsesi.info media portalında keçmiş idarə rəhbərlərindən biri  Fəda Abbasov və onun müşaviri Nofel Məmmədovun fəaliyyəti ilə bağlı aparılmış yoxlamalar zamanı ciddi qanun pozuntularının aşkarlanması barədə məlumatlar yayılmışdı. Məlumatlar çox cidi olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmaya ehtiyac duyulur. Elə redaksiyamızı elektron ünvanına  “Azərqarar İstehsalat və Emal birliyi” MMC-nin Ağdərə və Kəlbəcər rayonları üzrə direktoru Zamin Məmmədovun yarıtmaz işi barədə məlumatlar daxil olub. 

Yazıdakı faktların ciddiliyini nəzərə alıb Media haqqında qanunları tələbinə uyğun olaraq yazını sorğu vasitəsi ilə sizə ünvanlayırıq. Yazılı sorğumuzu 7 iş gün ərzində cavablandırmağınızı xahiş edirik. Cavab vermədiyiniz təqdirdə məhkəmə yolu ilə suallarımıza cavab axtarmağa çalışacağıq.

 Hörmətli nazir Məcnun Məmnmədov!

Rəhbəri olduğunuz  nazirliyin tabeliyində olan  “Azəraqrar Dövlət Emal və İstehsalat birliyi”  MMC-nin fəaliyyəti barədə redaksiyaya göndərilən faktları  dəfələrlə yazılı formada araşdırılması üçün sizə ünvanladığımıza  baxmayaraq, nədənsə  bizi və ictimaiyyətin bir cox  üzvlərini maraqlandıran sualları cavablandırmamağınızın səbəbi bizə bəlli deyil. Ona görə də bu barədə olan suallarımızı yenidən sizə ünvanlayırıq.

 

1. “Azəraqrar Dövlət Emal və İstehsalat birliyi”  MMC-nin  tabeçiliyində neçə hektar əkin sahəsi, örüş təyinatlı torpaqlar var və  bunlar hansı regionları əhatə edir?

2. Ötən üç 3 (üç) ildə sözü gedən əkin torpaqlarında yetişən məhsuldan dövlət büdcəsinə nə qədər ödəniş edilib?

3. Son illər bu idarəyə məxsus torpaqlarda kimlər qeyri-qanuni əkin-biçin işləri həyata keçirərək Dövlət Əmlakını mənimsəmişdir?

4. Həmin idarənin balansında olan və hzırda cəmi 9.000 min baş civarında  (hansı ki, 2021-ci ildə bu təsərüfatda olan damazlıq qoyun sürüləri bala artımına görə)   qoyun sürüləri 40-45 min baş olmalı idi. Bu qoyun sürüləri kimlər tərəfindən və necə talanıb?

5. Cənab nazir, verilən məlumata görə, sizin tapşırığınız əsasında bu idarədə aparılan audit yoxlama nəticəsində bizim yuxarıda qeyd etdiyimiz məsələlər öz əksini tapmışdır. Yoxlama nəticəsində külli miqdarda talançılıq və miliyonlarla yeyinti halları aşkarlanmışdırsa, nədən hüquq-mühafizə orqanlarına göndərilmir?

6. Cənab nazir baş vermiş bu özbaşınalıqlar idarə müavinlərinizdən konkret olaraq kimin nəzarətində olmuşdur?

7. Hörmətli Məcnun müəllim, xatırladaq ki, söhbət 5-10 min manatdan getmir. Söhbət 10.000 minlərlə baş damazlıq  qoyun sürülərindən, yerli və Avropadan gətirilmiş minlərlə baş damazlıq cins düyələrdən gedir. Bu talançılıq aşkarlanmışdırsa sizə elə gəlmirmi ki, elə həmin müavinin bu talançılıqda əli var?

8. Son iki-üç il bundan əvvəl Avropadan bir başı 600 Evroya başa gələn(Azenlə isə 1000 manat ətrafında ) “Dorper” cinsli qoyunlar   kimlər tərəfindən neçəyə satılmışdır?

Nəzərinizə çatdırırıq ki, verilən məlumatlara görə,  bazarlarda satılan “Dorper” cinsli  qoyunun bir başı 100 manat civarında sənədləşərək rəsmiləşdirilmişdir.

Dövlətin xarici valyuta ilə ölkəyə  gətirdiyi damazlıq “Dorper” cinsi şişəklər kimlər tərəfindən yoxa çıxarılmış və niyə sənədlərdə alınan qiymət ilə satılan qiymətin arasında bu boyda fərq yaranmışdır?

9. Cənab nazir, bu idarədə talançlıq və korrupsiya faktları aşkarlanıbsa və kompaniyaya rəhbərlik etmiş idarənin baş zootexniki Fazil adlı şəxsi müəyyən edilibsə, onda sizin müavinlərinizdən kim onu müdafiə edir?

10. Cənab nazir, sizin audit yoxlamaların nəticəsində bu idarədə baş vermiş talançılığa əsas rəhbərlik edən şəxslərdən biri də Ziya Məmmədovun yaxın qohumu “Pravadnik” ləqəbli dəmiryolçu Azəraqrarda  bütün heyvandarlıq və əkin-biçin sahələrinə rəhbərlik edən Zamin Məmmədov müəyyən edilibsə Deyə biləsinizmi, dəmiryolçu nə vaxtdan kənd təsərrüfatı mütəxəssisi olub?

11. Audut yoxlama nəticəsində külli miqdarda milyonluq korrupsiya halları aşkarlanmışdırsa, nə üçün Korrupsiyaya Qarşı Mübarizə idarəsinə göndərilmədi?

12. 2023-cü ilin sentyabr ayında həyata keçirilən “Antiterror” əməliyyatından sonra, 

“Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə təhvil verilmiş iri və xırda buynuzlu mal-qaranın aqibəti barədə nə deyə bilərsiniz?

13. Cənab nazir, idarəyə məxsus torpaqlarda aparılan qeyri-qanuni əkin-biçin işlərində Ziya Məmmədovun şəriki və yaxın qohumu Zamin Məmmədov, idarənin baş zootexniki Fazil və Beyləqanda üç “fərari” qardaşları (Ceyhun, Rəşad, və Şahin Əsədovların)  rəhbərlik etmişlər. Sizin bu idarədə gedən proseslərdən xəbəriniz varmı?

Nəzərinizə çatdırırıq ki, bu işlər öz ahəngi ilə yenə də davam edir.

14. Cənab nazir ortada bu qədər faktlar varkən nə üçün bu gün “Azərqarar Dövlət Emal və İstehsalat” MMC-nin Ağdərə və Kəlbəcər rayonları üzrə idarə müdiri həmin Zamin Məmmədovdur?

15. Nə üçün “Mərkəzi Aran  (yəni Beyləqan Zərdab rayonları) regional idarəsinə həmin Ceyhun, Rəşad və Şahin qardaşları rəhbərlik edir?

16. Cənab nazir siz bilirsinizmi neçə illərdir və elə bu gün də  dövlətin sözügedən idarəyə əkin-biçin və heyvandarlığın inkişafı məqsədi ilə həvalə etdiyi bu münbit torpaqları həmin idarədə rəhbər olmasa belə regionda at oynadan Zamiq Məmmədov  və Əsədov qardaşları tərfindən ayrı-ayrı qohumlarının adına  “Birgə” müqavilə adı altında necə mənimsənilmişdir?

17. Audit yoxlaması aparan şəxslərdə  və həmin idarənin bu günki rəhbərliyində konkret faktlar barədə siyahı olduğu halda nə üçün ciddi ölçü götürmürsünüz?

18. Cənab nazir əgər bu idarədə qrup şəxs tərfindən əlbir olaraq mənimsənilmiş miliyonluq korrupsiya hallarını özündə əks etdirən sənədlər nə üçün baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinə   göndərilmir?

Söhbət Dövlət Əmlakının Mənimsənilməsindən gedir.

19. Dünyada Zamin Məmmədovun anoloqsuaz ixtirası olan, dövlətin qoyun sürülərini “birgə” müqavilə adı altında sizin müavinlərin yaxın qohumlarına icarəyə verməsinə necə baxırsınız?

20. Beyləqandakı sürülər və torpaqlar nazir müavinlərinin yaxınlarının adına necə rəsmiləşdirmişdirmişdir?

Söhbət 200 və 250 hektar torpaq sahəsi və qoyun sürülərini idarə edən Əsədov qardaşlarından gedir.

“Azərqarar İstehsalat və Emal birliyi” MMC-nin Aran Regional İdarəsinə təzə təyin olunmuş Altay Məmmədov yuxarıda çəkilən Ceyhun, Rəşad, Şahin Əsədov qardaşları ilə birlikdə  Zamin Məəmmədovun burada qurduğu təsərrüfat mexanizmini birlikdə necə idarə edirlər?

Bu halda sual olunur. Zamin getdi, Altay gəldi, bəs nələr dəyişdi?

Dövlətə məxsus torpaqlar yenə də Zamin Məmmədovun qohumlarının adına birgə müqavilə əsasında sənədləşdirilərək, Əsədov qardaşları, idarəyə yeni təyin olunmuş  müdir  Altay Məmmədovla hansı formada idarə olunur. Beyləqanda olan dövlətə məxsus qoyun sürüləri Zamin Məmmədovun Ceyhun adlı yaxın qohumunun adına Birgə müqavilə kimi sənədləşdirilərək yenə də Əsədov qardaşları ilə birgə yeni idarə müdiri Altay Məmmədov tərəfindən ustalıqla idarə olunur.(Yəni dövlətə heç bir xeyri yoxdur)

Dövlətə məxsus əkinə yararlı torpaq sahələri və dölətə aid qoyun sürüləri eyni üsulla yoxa çıxır. Bu məsələyə aidınlıq gətirməyinizi xahiş edirik.

Ümumiyyətlə “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi”ndə dövlət büdcəsinə ödənilməli olan bir neçə milyonluq aşkarlanmış yeyinti halları nə vaxt hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və bu təsərrüfat rentabelli bir təsərrüfata çevriləcəkdir? Bu barədə fikirləriniz. 

 

İnsan Hüquqları Müdafiəsi mərkəzi


İstinad olunan mənbələr:mənbə bu link

İstinad olunan mənbə


 


Избранный
27
azia.az

1Источники